Cüdoçular U-23 qitə birinciliyində

28-29 oktyabrda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda U-23 cüdoçuların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 40 ölkədən 306 idmançı mübarizə aparacaq. Bizdən 14 nəfər çıxış edəcək.

Oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi – 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.

Qızların rəqabətində Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi – 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) tatamiyə çıxacaqlar.

Həmin kateqoriyadan