Cüdoçularımız 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb

Allsport.az xəbər verir ki, Azərbaycan cüdoçuları Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunun ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

Qızlar arasında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində, oğlanlar arasında isə 50 kq, 60 kq və 66 kq çəki dərəcələrində 12 cüdoçumuz tatamiyə çıxıb.

Oğlanlar arasında 50 kq çəkidə Əhməd Rüstəmov Məhəmməd Məmişov, 66 kq çəkidə Cəsur İbadlı bürünc medal əldə edib.

Qızlar arasında 48 kq çəkidə Vüsalə Hacızadə qızıl medal, 52 kq çəkidə Xədicə Qədəşova gümüş medal qazanıb. 40 kq çəkidə Nigar Məmişova 5-ci, 52 kq çəkidə Aytən Verdiyeva isə yarışı 7-ci yerdə başa vurub.

Həmin kateqoriyadan