Cüdoçularımız Almaniyada təlim-məşq toplantısında olublar

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplantısında olublar. Allsport.az xəbər verir ki, 4 gün baş tutan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak ediblər.

Beynəlxalq cüdo federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çex Respublikası, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Niderland və digər ölkələrin yığmaları qatılıb.

Ümumilikdə Düsseldorf toplantısında dünyanın 86 ölkəsindən 800-dən çox cüdoçu iştirak edib. Cüdoçularımız qarşıda Mərakeş, Gürcüstan və Türkiyədə mükafat yarışları gözləyir.

Həmin kateqoriyadan