Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində

1-3 apreldə Antalyada cüdoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu nüfuzlu yarışda ölkəmizi 13 nəfdər təmsil edəcək.

Kişilərdə Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva və Günel Həsənli (52 kq) reytinq xallarını artırmağa çalışacaqlar.

Həmin kateqoriyadan