Cüdoçularımız Antalyaya beynəlxalq təlim-məşqə yollanacaq

Avropa cüdo birliyinin təşkilatçılığı ilə 9-14 yanvarda Antalyada Türkiyə, Azərbaycan, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələrin iştirakı ilə təlim məşq toplantısı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, millimizin 36 nəfərlik heyəti 24 kişi, 12 qadın olmaqla, yanvar ayının 8-i səfərə çıxacaq. Kişilərə baş məşqçi Mövlud Mirəliyev, qadınlara baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Yanvarın 27-si yığmamız Portuqaliyanın Odivelas şəhərinə qran-pri və 3 fevralda Parisə “Böyük dəbilqə”yə yollanacaq.

Həmin kateqoriyadan