Cüdoçularımız yurda döndü

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında uğur qazanan milli üzvləri vətənə dönüb.

Allsport.az xəbər verir ki, hava limanında cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideyinləri, atletlər və mətbuat nümayəndələri qarşılayıb.

Rusiyada keçirilən Avropa birinciliyinin fərdi yarışlarında Rəşid Məmmədəliyev qızıl, Nurlan Osmanov gümüş medal qazanıb. Avropa birinciliyində beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.

Həmin kateqoriyadan