Cüdoçularımız Belçikaya yollanır 

Yanvarın 27-də Belçikanın Vise şəhərində cüdo üzrə açıq beynəlxalq turnir start götürəcək.

Allsport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmanın məşqçisi Rüstəm Alimli Visedə 12 cüdoçuya şans verəcək. Turnirdə Rövşən Əliyev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq), Məmmədrza Hacızadə, Kərim Allahverdiyev, İslam Kərimov (hər üçü 81 kq), Əjdər Bağırov, Musa Hüseynli (hər ikisi 90 kq), Hüseyn Dadaşov, Ruslan Nəsirli (100 kq), Camal Feyziyev və Kənan Nəsibov (hər ikisi +100 kq) qalib adı uğrunda tatamiyə çıxacaq.

Həmin kateqoriyadan