Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında

Qazanda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Allsport.az xəbər verir ki, toplanışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, millimizin üzvləri də iştirak edirlər.

Beynəlxalq cüdo federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə cüdoçularımızla yanaşı, Rusiya, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.

Qazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri işrirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və olimpiya oyunlarına hazırlaşırlar.

Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.

Həmin kateqoriyadan