- Baxış sayı: 41
- 28 May 2023 12:10
- Baxış sayı: 75
- May 28, 2023
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələrin Avropa kubokunda Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq, komanda hesabında 1-ci yeri tutublar. Allsport.az xəbər verir ki, Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub. İlk gündə cüdoçularımız 1 qızıl və 4 bürünc medala yiyələnib.
Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. 81 kq-da Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gəlib. 90 kq-da Ramazan Əhmədov turnirin gümüş medalçısı olub.