Cüdoçularımız Çex Respublikasına təlim-məşq toplanışına yollanıb

Bu gün kişi cüdoçulardan ibarət millimiz təlim-məşq toplanışı məqsədi ilə Çex Respublikasına yollanıb. Bu barədə allsport.az saytına baş məşqçi Hacıağa Hacıəhmədov məlumat verdi. Onun sözünə görə, seçmə komanda təqribən 10 günlük hazırlıqdan sonra, ayın 20-22-də Tbilisidə keçiriləcək böyük mükafat turnirində iştirak edəcək.

Daha sonra əsas heyət üzvləri 27-27 martda Türkiyənin Samsun şəhərində eyni yarışda qüvvəsini sınayacaq. Zədələrini sağaldan aparıcı tatami ustalarımız – İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elxan Məmmədov (100 kq) da yavaş-yavaş formaya düşürlər.

Nəzərinizə çatdıraq ki, İngiltərə Avropa çempionatının təşkilatçılığından imtina etdiyindən, bu mötəbər yarış ləğv olunaraq ilk Avropa Oyunlarına birləşdirilib. Demək, Bakı-2015-də hər qələbəyə görə qalib gələn cüdoçular Rio Olimpiadasına lisenziya xalı qazanacaqlar.

Həmin kateqoriyadan