Cüdoçularımız dünya reytinqində mövqelərini bir qədər də yaxşılaşdırıblar

Beynəlxalq Cüdo Federasiyasının yeni əmsalı millimiz üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, Rio olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində yenə bütün rəqiblərini qabaqlayırlar.

Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur. Əbu-Dabi “Böyük dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci pilləyə yüksəlib. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, İlqar Müşkiyev 13, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci sıradadırlar.

Həmin kateqoriyadan