Cüdoçularımız Göygöldə 1-ci olub

Allsport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku baş çatıb.

6-7 may tarixlərində Göygöl olimpiya idman kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.

Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, 2-ci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.

İkinci günün medalçıları:

81 kq
Hüseyn Eyvazlı bürünc medal

90 kq
Ramazan Əhmədov qızıl medal

Tuncay Şamil, Rəsul Şəmədli, Eldar Əliyev bürünc medal

Həmin kateqoriyadan