Cüdoçularımız hərbçilərin dünya oyunlarında 3 medal qazanıb

Koreyanın Munqyeonq şəhərində keçirilən hərbçilərin 6-cı dünya oyunlarında Azərbaycan cüdoçuları daha 3 medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, Vüqar Şirinli (60 kq) ilk görüşündə ermənistanlı Qarik Harutunyanı ipponla məğlub edib. Ardından o, indoneziyalı və koreyalı rəqiblərini də üstələyərək, finala yüksəlib. Həlledici görüşdə, o, braziliyalı Felipe Eyci Kitadaya uduzaraq gümüş medalla kifayətlənib.

66 kq-da çıxış edən Nicat Şıxəlizadə qətərli, qazaxıstanlı və koreyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda misirli Əli Eyd əl-Yusifiyə məğlub oub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə əlcəzairli Bilal Lunauçiyə qalib gəlib.

Hüseyn Rəhimli (73 kq) öz növbəsində, çinli, çilili və fransalı rəqiblərini üstələyib. Yarımfinalda yerli Yunq Min Liyə uduzan cudoçumuz, 3-cü yer uğrunda tutaşmada monqolustanlı Tumennasan Erdenetoqtoxu məğlub edib.

Xatırladaq ki, bundan əvvəl Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət millimiz komanda yarışında bürünc medal qazanıb.

Həmin kateqoriyadan