Cüdoçularımız Hennefdə

Almaniyanın Hennef şəhərində beynəlxalq təlim-məşq keçirilir. Allsport.az xəbər verir ki, toplantıda Avropanın ən güclü komandaları iştirak edirlər.

Avropa cüdo birliyinin təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Belçika, Avstriya, Çex Respublikası, Serbiya və digər ölkələrin yığmaları qatılıb.

Hennef toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və olimpiya oyunlarına hazırlaşırlar.

Həmin kateqoriyadan