- Baxış sayı: 47
- 22 İyun 2026 10:05
- Baxış sayı: 219
- İyun 23, 2026
- 0

İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb. Allsport.az xəbər verir ki, 2-ci gün millimiz hesabına daha 3 medal yazdırıb.
Oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) qızıl medal qazanıb. Əlirza Şıxəlizadə (81 kq) gümüş, Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.
Cüdoçularımız Fuengirola turnirində ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub.