Cüdoçularımız Paris “Böyük dəbilqə”sinə yollanır

Xəbər verdiyimiz kimi, fevralın 11-12-də Parisdə cüdoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, beynəlxalq yarışa 63 ölkədən 459 idmançı qatılacaq. Millimiz səfərə hazırlığın son mərhələsindədir. Fransa paytaxtına yollanacaq heyətdə dəyişiklik edilməyib:

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi – 100 kq) və Uşangi Kokauri (+100 kq).

Qeyd edək ki, növbəti “Böyük dəbilqə” 10-12-martda Bakıda təşkil olunacaq.

Həmin kateqoriyadan