Cudoçularımız Qinqdao qran-prisi ərəfəsində

20-22 noyabrda Çinin Qinqdao şəhərində cudoçular arasında qran-pri turniri keçiriləcək. Allsport. az saytı xəbər verir ki, baş məşqçi Peter Zayzenbaxer bu sınaqda 11 idmançıya imkan verəcək.

Bunlar Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qeyd edək ki, qran-prilərdə ilk 7 yeri tutanlar müvafiq olaraq 300, 180, 120 (3), 80(5), 54(7) lisenziya xalı qazanıblar.

 

Həmin kateqoriyadan