Cüdoçularımız qitə birinciliyində

Fevralın 29-dan martın 1-dək Varşavada cüdo üzrə açıq Avropa turniri keçiriləcək. Allsport.az xəbər verir ki, qitə yarışında ölkəmizi 18 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Yaşar Nəcəfov, Rövşən Əliyev, Davud Məmmədsoy, Rəşad Yelkiyev, Rəxşan Baxşəliyev (hamısı 60 kq), Nurlan Osmanov (66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Rauf Dünyamalıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Şəfəq Məmmədova (52 kq), Səkinə Zayırova (57 kq), Diana Şoranova (63kq), Günel HəsənliAidə Baxışova (hər ikisi 70 kq) görüşə çıxacaqlar.

Yarışda 44 ölkədən 450-yə yaxın cüdoçu iştirak edəcək.

Həmin kateqoriyadan