Cüdoçularımız qitə kubokunu uğurla başa vurdu – 2 qızıl və 2 gümüş medal

Almaniyanın Sarbrüker şəhərində cüdoçuların Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü millimiz üçün daha uğurlu olub.

90 kq-da Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gəlib. +100 kq-da Azərbaycan finalı yaşanıb. Uşanqi Kokauri və Şahin Qəhrəmanovun tutaşmasında adı ilk çəkilən kimono ustası qalib gəlib. Tural Safquliyev (90 kq) 5-ci yer tutub.

Bununla da, millimiz Avropa kuboku cəmdə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. 26 ölkədən 387 (269 kişi, 118 qadın) idmançının qüvvəsini sınadığı qitə mübarizədə bizimkilər 10 nəfərlə təmsil olunub.

Həmin kateqoriyadan