Samorində beynəlxalq təlim-məşq toplanışında

Azərbaycan cüdoçuları oktyabrın 2-dən 8-dək Slovakiyanın Samorin şəhərində keçirilən cüdo üzrə olimpiya təlim düşərgəsində iştirak edirlər.

Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə 20 ölkədən 200-dən çox idmançı qatılıb.

Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 16 üzvü iştirak edir.

Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.

Təlim-məşq toplanışı 3-5 noyabrda Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Həmin kateqoriyadan