Cüdoçularımız Tiflis “Böyük dəbilqə”sində

3-5 iyunda Tiflisdə cüdo üzrə “Böyük dəbilqə” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 37 ölkədən 284 tatami ustası qatılacaq.

Ölkəmizi bi sınaqda böyük məşqçi Mövlud Mirəliyevin rəhbərliyi ilə Rövşən Əliyev Turan Bayramov (hər ikisi – 60 kq) İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq) Telman Vəliyev (73 kq), Elcan Hacıyev, Zelim Tckayev (81 kq), Murad Fətiyev (90 kq) təmsil edəcəklər.

Qadınlarda məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə 2 nəfər iştirak edəcək: Aişə Qurbanlı və Şəfəq Həmidova (hər ikisi – 48 kq).

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.

Həmin kateqoriyadan