Cüdoçularımız Vətənə dönüblər

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziyaxalı verən “World Masters” turnirində uğur qazanan cüdoçularımız, artıq Vətənə dönüblər. Allsport.az saytının məlumatına görə, okeanın o tayında 4 medala sahib çıxan milli komandamızı Heydər Əliyev adına Binə Hava Limanında ACF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Gül-çiçəklə qarşılanan cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib. Qeyd edək ki, “World Masters” turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.

Həmin kateqoriyadan