- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 169
- May 08, 2026
- 0

Oktyabrın 21-də Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı start götürəcək.
Allsport.az xəbər verir ki, mundialda Azərbaycanı 16 cüdoçunun təmsil etməsi planlaşdırılır. Belə ki, Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (73 kq), Vüsal Cəfərov, Mübariz Cəfərov, Fərhad Cəfərli, Mahir Ağamirzəyev, Rövşən Bağırov (90 kq), Azər Əsgərov, Seyfəl Əsgərov, İmran İmanov, Tural Səfquliyev (100 kq), Yəmən Fətiyev, İntiqam Ələkbərovun (+100 kq) dünya çempionatında iştirakı nəzərdə tutulub.
Turnir oktyabrın 24-dək davam edəcək.