- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 169
- May 08, 2026
- 0

Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku keçirilib. Allsport.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət millimiz aktivinə 3 medal yazdırıb.
Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Məmmədrza Hacızadə (73 kq) yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb.
Zahir Ağazadə (60 kq) bürünc medal qazanıb. Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 gümüş, 3 bürünc medal qazanıblar.