Cüdoçularımız yeni dünya əmsalında mövqelərini qoruyublar

Cüdoçularımız yeni dünya əmsalında mövqelərini qoruyublar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda Azərbaycan millisinin aparıcı üzvləri mövqelərini qoruyublar.

Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi – 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (100 kq) 8-ci və Uşanqi Kokauri (+100 kq) 17-ci pillədə yer alıblar.

 

Həmin kateqoriyadan