Gənc cüdoçulara müdafiə sənayesi nazirliyinin yubiley medalları təqdim olunub

Azərbaycan çempionatında, 24-30 iyulda Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa gənclərin yay olimpiya festivalında uğurla çıxış etmiş cüdoçuları müdafiə sənayesi naziri Mədət Quliyevin müvafıq əmri ilə “Azərbaycan respublikası müdafiə sənayesi nazirliyinin 15 illiyi (2005–2020)” yubiley medalları ilə təltif olunublar.

Allsport.az saytı xəbər verir ki, medalları müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev təqdim edib. Cüdoçular EYOF-2022-də fərdi çıxışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub. Komanda yarışlarında festivalın qızl medalını qazanıblar.

Həmin kateqoriyadan