Sadıq Sadıqov cüdoçularımıza yeni geyim dəstlərini təqdim edib

Azərbaycan cüdo federasiyasında kişi və qadın milli komandanın üzvləri ilə görüş keçirilib. Allsport.az xəbər verir ki, vitse-prezident Sadıq Sadıqov iyun və iyulda bizimkilərin 2 nüfuzlu yarışda – dünya çempionatı və yay olimpiya oyunlarında mübarizə aparacaqlarını diqqətə çatdırıb.

Həmçinin milli üzvlərinin bu mötəbər yarışlara hazırlıq məqsədi ilə beynəlxalq və yerli təlim-məşq toplanışlarında iştirak edəcəyini bildirib.

Görüş zamanı milli komandanın yeni məşq və idman geyim dəstləri cüdoçulara nümayiş etdirilib. Sonra məşqçi, idmançı və texniki heyətə yeni geyim dəstləri təqdim olunub.

Federasiya rəhbərliyi cüdoçulara qarşıdan gələn yarışlarda daha böyük uğurlar arzulayıb.

Həmin kateqoriyadan