- Baxış sayı: 36
- 22 Oktyabr 2024 10:00
- Baxış sayı: 56
- Oktyabr 22, 2024
- 0
Rusiyanın Ufa şəhərində SSRİ idman ustası Farita Davletşinin xatirəsinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlanlar və qızlar arasında beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, “Lokojudo” uşaq liqasının “A” seriyası üzrə yarışa MDB-nin 9 ölkəsindən və Rusiyanın 30-dan çox respublika və bölgəsindən 900-dən çox idmançı qatılıb.
Turnirdə Azərbaycan cüdo federasiyasının təşəbbüsü ilə regionlarından olan 18 idmançı iştirak edib. Azərbaycan cüdoçuları yarışda 2 bürünc medal qazanıb, 3 cüdoçumuz isə 5-ci yerə çıxıb.