- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çex Respublikasının paytaxtı Praqada keçirilən turnir başa çatıb.
Allsport.az saytı xəbər verir ki, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.
Cüdoçu gümüş mükafata sahib çıxıb.
Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.
Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.
Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pilləri bölüşüb.