Cüdoçularımızın Almaniyaya yollanır

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Almaniyanın Bremen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Allsport.az xəbər verir ki, “Bremen Masters”də yığmamız oğlanlar arasında 6 çəkidə 20 cüdoçu ilə təmsil olunacaq.

Babarəhim Mirzəyev, Elton İmranov, Murad Muradlı (hamısı 60 kq), Nicat Nağıyev, İslam Rəhimov, Məhəmməd Musayev, Nizami İmranov, Bəhram Qurbanlı, Mehdi Cəfərov (hamısı 66 kq), Aydın Rzayev, Əbil Yusubov, Elnur Qasılov, Süleyman Əliyev (hamısı 73 kq), Süleyman Şükürov, Nahid Tarquliyev (hər ikisi 81 kq), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kq), Kənan Nəsibov, Ramazan Əhmədov və Eldar Əliyev (hamısı +100 kq) medallar uğrunda mübarizə aparacaq. Komandaya gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

Həmin kateqoriyadan