Cüdoçularımızın Çecu sınağı

26-28 noyabrda Koreya Respublikasının Çecu şəhərində cüdoçular arasında növbəti qran-pri keçiriləcək. Allsport.az saytı  xəbər verir ki, ötən həftə Çində təşkil olunan eyni sınaqda uğurla çıxış edən Azərbaycan millisi, “sübh şəfəqi ölkəsi”də də fərqlənmək niyyətindədir. Yarışda 72 dövlətdən 434 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Rio-2016-ya vəsixə xalı verən turnirdə ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hüseyn Rəhimli, Abdulhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər.

 

Həmin kateqoriyadan