Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Noyabrın 20-də Çinin Qingdao şəhərində cüdo üzrə Qran-pri yarışları start götürəcək. Allsport.az xəbər verir ki, turnirdə mübarizə aparacaq Azərbaycan millisinin artıq ilk rəqibləri bəlli olub.

Belə ki, Orxan Səfərov (60 kq) Ernan Birbrier (Argentina) – Yu Şanq (Çin) cütünün qalibi, İlqar Müşkiyev (60 kq) Yanislav Qerçev (Bolqarıstan), Nicat Şıxəlizadə (66 kq) Sergey Lim (Qazaxıstan) – Barqetel Batçeçeq (Monqolustan) cütünün qalibi, Rüstəm Orucov (73 kq) Kioşi Uemaçu (İspaniya), Əbdülhəqq Rəsullu (81 kq) Şahzod Sobirov (Özbəkistan), Hüseyn Rəhimli (81 kq) Xyu-Yunq Li (Koreya Respublikası), Məhəmmədəli Mehdiyev (90 kq) Aaron Hildebrand (Almaniya), Ramin Qurbanov (90 kq) Timur Bolat (Qazaxıstan) – Ksyun Jao Çenq (Çin) cütünün qalibi, Elmar Qasımov (100 kq) Ryutaro Qoto (Yaponiya), Elxan Məmmədov (100 kq) Mikloş Çirjeniç (Macarıstan) – Hektor Kampos (Argentina) cütünün qalibi, Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə Maqomed Najmudinov (Rusiya) ilə qarşılaşacaq.

Noyabrın 22-də yekun vurulacaq turnirə 66 ölkədən 422 cüdoçu qatılacaq. Onların 270-i kişi, 152-si isə qadın atletdir.

Həmin kateqoriyadan