Cüdoçularımızın olimpiada hazırlığı

Cüdo üzrə kişilərdən ibarət millimiz Bakıda təlim-məşq toplanışını davam etdirirlər. Allsport.az xəbər verir ki, iyun ayının ortalarından başlayaraq əvvəlcə Şahdağ, sonra isə paytaxtda keçirilən hazırlıq prosesini federasiya rəhbərliyi də yaxından izləyir.

Cüdoçularımız dəniz kənarında, eləcə də Şağandakı olimpiya idman kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçularımız iştirak edirlər. Rüstəm Orucov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Orxan Səfərov, Murad Fətiyev, Kəramət Hüseynov, Uşangi Kokauri və Hidayət Heydərov baş məşqçi Ruslan Maşurenko ilə məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.

Cüdo üzrə milli komandamız qarşıdan gələn Tokio olimpiya oyunlarına hazırlaşır. Cüdoçularımız iyulun 1-dən 10-dək Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.

Həmin kateqoriyadan