Cüdoçularımızın Paris təlim-məşq toplantısı başa çatıb

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Paris şəhərində təlim-məşq toplantısında olublar. Allsport.az xəbər verir ki, Fransa paytaxtında baş tutan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak ediblər.

Beynəlxalq cüdo federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan idmançıları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.

Ümumilikdə Paris toplantısında 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib. Cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan