Cüdoçularımızın rəqibləri

Bu gün Daşkənddə start götürəcək “Böyük dəbilqə” turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, Kəramət Hüseynov (60 kq) Rusiya təmsilçisi Ayub Bliyev, Oruc Vəlizadə (60 kq) isə David Starkel (Sloveniya) və Morits Plafki (Almaniya) qarşılaşmasının qalibi ilə qarşılaşacaqlar.

Aişə Qurbanlı Halimocon Qurbanova ilə, Leyla Əliyeva isə Gülnur Muradbəyova ilə üz-üzə gələcəklər.

Turnirin sonrakı iki günündə Nicat Şıxəlizadə (66 kq) bolqarıstanlı Bojidar Temelkov, Orxan Səfərov finlandiyalı Lukas Saha ilə qarşılaşacaqlar. Rüstəm Orucov (73 kq) Mod Rəşad Aryan (Əfqanıstan)-Martin Hojak (Sloveniya) qarşılaşmasının qalibi ilə görüşəcək. Murad Fətiyev (81 kq) fransalı Nikolas Çilar, Hidayət Heydərov braziliyalı Gilyerme Şmidt ilə qarşılaşacaqlar.

Məmmədəli Mehdiyev (90 kq) Erlan Şerov (Qırğızıstan) – Stanislav Qunçenko (Ukrayna) qarşılaşmasının qalibi ilə tatami üzərinə çıxacaq. Aslan Mirzəyev (100 kq) Otqonbatar Xlaqvasuren (Monqolustan), Uşangi Kokauri (+100 kq) Vinçentso Darkonu (İtaliya) üzləşəcəklər.

Həmin kateqoriyadan