Cüdoçuların açıq paytaxt çempionatına yekun vurulub

Cüdoçuların açıq paytaxt çempionatına yekun vurulub

“Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdoçuların açıq Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə kişilərdə növbəti 5 çəkidə qaliblər müəyyənləşib.

Gərgin mübarizədə Elmin Hüseynov (60 kq), Asim Qulamzadə (73 kq), Coşqun Abdullayev (90 kq), Hikmət Alışov (100 kq) və Hüseyn Məmmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xatırladaq ki, 2 gün davam edən paytaxt çempionatında 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) çıxış ediblər.

Həmin kateqoriyadan