Cüdoçuların olimpiya reytinqi

Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının 12 üzvünün hazırkı mövqeyi Paris-2024 yay olimpiya oyunlarına vəsiqə imkanı verir.

Kişilərdən ibarət yığmamızın 9 cüdoçusu 7 çəkidə yüksək pillələrdə qərarlaşıb. Təmsilçilərimiz mövqelərini qoruya bilsələr, millimiz Fransa paytaxtında tam heyətlə çıxış edə biləcək.

Komandamızın lideri Hidayət Heydərov (73 kq) 5098 xalla 1-ci yerdə qərarlaşıb. Zəlim Kotsoyev (100 kq) 4510 xalla 2-ci, Yaşar Nəcəfov (66 kq) 2842 xalla 7-ci, Murad Fətiyev 2730 xalla (90 kq) 10-cu, Uşanqi Kokauri 2509 xalla (+100 kq) 11-cidir.

Digər iki dərəcəsində isə iki təmsilçimiz Paris-2024-ə lisenziya verən mövqelərdə qərarlaşıb. 60 kq-da Balabəy Ağayev 3048 xalla 5-ci, Turan Bayramov 1791 xalla 20-cidir. 81 kq-da 3093 xala malik Səid Mollaei 5-cidirsə, ondan 482 xal geri qalan Zəlim Tçkayev 9-cu pillədə qərarlaşıb.

Qadın cüdoçularımızdan 3-ü olimpiya oyunlarına qatılmağa yaxındır. Leyla Əliyeva (48 kq) 2170 xalla 16-cıdır. Eyni mövqedə qərarlaşan Gültac Məmmədəliyevanın (52 kq) 2084 xalı var. 1047 xala malik Topraq Acelya (57 kq) 36-cı sırada qərarlaşsa da, qitə kvotasına görə lisenziya qazana biləcək idmançılar arasındadır.

Həmin kateqoriyadan