Cüdoçumuz finalda!

Xorvatiyanın paytaxtı Zaqrebdə qran-pridə bu gün son cüdoçumuz mübarizəyə qoşulub.

Allsport.az xəbər verir ki, 90 kq-da Məmmədəli Mehdiyev 1/8 finalda polşalı Sebastyan Oldaka, sonra avstriyalı Vaxid Borçiaşvilini üstələyib.

28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayeviyə ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq.

Ötən gün Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb.

Həmin kateqoriyadan