- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Leyla Əliyeva Avropa çempionatında zədələndiyə görə Pert Açıq Okeaniya turnirində mübarizə aparmayacaq
Allsport.az xəbər verir ki, Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ilk yarış günündə qadınlar arasında -48 kq. çəkidə mübarizə aparan cüdoçumuz Leyla Əliyeva ¼ final görüşündə zədələnib. Leyla milli yığmanın tibbi heyətinin qərarına əsasən 10-11 noyabrda Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Leyla Əliyevanın müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.