15 yaşlı cüdoçular arasında Bakı birinciliyi

14-16 martda Azərbaycan cüdo federasiyası və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmələrin Bakı şəhər birinciliyində 1000-dən çox cüdoçu işdirak edəcək.

Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində baş tutacaq yarışda Bakının 69 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 1043 (947 oğlan, 96 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Turnir 23-26 mayda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Həmin kateqoriyadan