Daha 3 futbolçu milliyə çağırıldı

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərşivəsində Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milllisində dəyişiklik edilib.

Allsport.az xəbər verir ki, komandamızın heyətinə daha 3 futbolçu cəlb olunub.

“Koblens” (Almaniya) klubundan Nihat Fərəcli, “Arda”dan (Bolqarıstan) Cəlal Hüseynov və “Qarabağ”dan Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulub.

Qeyd edək ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan