- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Sankt-Peterburqda yeniyetmə cüdoçular arasında Avropa kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 3 medal qazanan millimiz, dünən daha 1 mükafata sahib çıxıb.
90 kq-da mübarizə aparan Vasif Şərbətli 3-cü yer tutub. Xatırladaq ki, startda Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (66 kq) qızıl, Sadiq Məhərrəmov (55 kq) gümüş medala yiyələnmişdi.