- Baxış sayı: 33
- 05 May 2026 17:23
- Baxış sayı: 122
- May 04, 2026
- 0

Rusiya-2018 Dünya Kubokunda 1/8 final davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün mərhələnin 4-cü oyununda da qalib 11-metrlik cərimə zərbələrindən sonra müəyyənləşib.
“Nijni Novqorod” stadionunda bu mundialın ən erkən qolu 58-ci saniyədə Danimarkadan gəlib. Qoldan 4 dəqiqə sonra Xorvatiya hesabı bərabərləşdirib.
Görüşün əsas vaxtı bu hesabla bitib. Əlavə 30 dəqiqənin sonlarında Madrid “Real”ının futbolçusu Luka Modriç penaltini qola çevirə bilməyib.
11-metrlik cərimə zərbələrində dramatik anlar yaşanıb. Danimarkadan Kasper Şmeyxel 2, Xorvatiyadan Daniyel Subaşiç 3 dəfə topu qaytarıblar.