Danışılmış oyunlarla bağlı seminar

“Days” mehmanxanasında seçmə ərəfəsində təlim-məşqdə olan 17 yaşadək futbolçulardan ibarət millinin üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Həmin kateqoriyadan