Daşkəndə 17 cüdoçu ilə

Daşkənd “Böyük dəbilqə”sində 17 cüdoçumuz iştirak edəcək. Allsport.az xəbər verir ki, kişilərdə Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev, Adil Kərimli (100 kq), Uşangi Kokauri, Camal Feyziyevin (+100 kq) iştirakı nəzərdə tutulub.

Qadınların yarışında isə mübarizə aparmaq üçün Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerskanın (+78 kq) adları siyahıya daxil edilib.

Yarış martın 5-dən 7-dək keçiriləcək.

Həmin kateqoriyadan