Davud Məmmədsoy Ulan-Batorda mükafat yarışında bürünc medal qazanıb

Monqolustanın paytaxtı Ulan-Batorda cüdoçuların qran-pri sinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi hesabına 1 medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy mübarizəyə 1/4 finaldan qoşulub. İlk qarşılaşmasında monqolustanlı Ser-Od Nasanyarqala uduzan Məmmədsoy təsəlliverici görüşə qatılıb. Bu mərhələdə təmsilçimizin çıxışı uğurlu alınıb. O, ilk olaraq Rusiya cüdoçusu Maksim Burnaşev üzərində inamlı qələbə qazanıb. Davud Məmmədsoy həlledici qarşılaşmada daha bir rusiyalı idmançı Albert Monquşa qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı qran-pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.

Həmin kateqoriyadan