De Byazi heyəti açıqladı

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına respublika stadionunda İsveç, 19-da isə səfərdə Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, Canni de Byazi aşağıdakı futbolçuların xidmətindən istifadə etməyi qərarlaşdırıb:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə),
Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”);

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Rahil Məmmədov (“Qarabağ”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəhlul Mustafazadə (“Qarabağ”),  Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan), Höccət Haqqverdi (“Neftçi”), Turan Manafov (“Araz-Naxçıvan”), Elvin Cəfərquliyev (“Qarabağ”);

Yarımmüdafiəçilər: Coşqun Diniyev (“Ümraniyəspor”, Türkiyə), Eddi İsrafilov (“Neftçi”) Elvin Camalov (“Sabah”), Aleksey İsayev (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Nəriman Axundzadə (“Qarabağ”), Ozan Can Köyçü (“Eyndhoven”, Niderland), Qismət Alıyev (“Zirə”), Rüstəm Əhmədzadə (“Zirə”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Toral Bayramov (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”);

Hücumçular: Mahir Əmrəli (“Dinamo” Zaqreb, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev, (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov “Hatayspor”, Türkiyə).

Həmin kateqoriyadan