De Byazi: Yığmaya rəhbərlik etmək asan iş deyil

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilən oyunu şərh edib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Buraxdığımız ilk qolda rəqibə məhsuldar ötürmə verdik. 2-ci qoldan sonra oyunda balans itdi, mübarizə aparmağımız çətinləşdi. Hesab arasındakı fərqi azaltdıqdan sonra daha 2 fürsətimiz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik. Qrupda bizdən güclü komandalar çox idi.

Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin maksimumunu etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur”.

Həmin kateqoriyadan