De Byazi millimizdən gedir?

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi komandadan ayrıla bilər. Allsport.az xəbər verir ki, 65 yaşlı mütəxəssisin adı İtaliyanın “Sampdoriya” klubu ilə hallanır.

İtaliyalı mütəxəssisin Genuya klubunun rəsmiləri ilə əlaqələrinin yaxşı olduğu və ötən mövsüm də bu komandanı çalışdırmağa yaxın olduğu bildirilir.

Məşhur italiyalı jurnalist Canluka Di Martsio Canni De Byazinin yaxın zamanda İtaliya klublarından birinə baş məşqçi təyin oluna biləcəyini qeyd edib.

De Byazi 2020-ci ilin noyabrından Azərbaycan yığmasını çalışdırır.

Həmin kateqoriyadan