SİYAHI
De Byazi millimizin heyətini açıqladı

Millimizin qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb. Allasport.az xəbə verir ki, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlara 29 futbolçu çağırıb.

Millimizə ilk dəfə Rüstəm Əhmədzadə (“Minay” Ukrayna), Höccət Haqverdi və Murad Xaçayev (hər ikisi “Sumqayıt”) dəvət olunub.

Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

1 Emil Balayev – Qarabağ
2 Aydın Bayramov – Sumqayıt
3 Mehti Cənnətov – Sumqayıt
4 Maksim Medvedev – Qarabağ
5 Rahil Məmmədov – Qarabağ
6 Anton Krivotsyuk – Neftçi
7 Şəhriyar Əliyev – Keşlə
8 Bədavi Hüseynov – Qarabağ
9 Azər Salahlı – Keşlə
10 Təmkin Xəlilzadə – Sabah
11 Abbas Hüseynov – Qarabağ
12 Elvin Cəfərquliyev – Qarabağ
13 Hoccət Haqqverdi – Sumqayıt
14 Elvin Bədəlov – Sumqayıt
15 Sərtan Taşkın – Zirə
16 İsmayıl İbrahimli – Qarabağ
17 Murad Xaçayev – Sumqayıt
18 Anatoli Nuriyev – Minay (Ukrayna)
19 Rəhim Sadıxov – Sumqayıt
20 Aleksey İsayev – Sabah
21 Qara Qarayev – Qarabağ
22 Toral Bayramov – Qarabağ
23 Emin Mahmudov – Neftçi
24 Elvin Camalov – Zirə
25 Vüqar Mustafayev – Sumqayıt
26 Namik Ələskərov – Neftçi
27 Əli Qurbani – Sumqayıt
28 Ramil Şeydayev – Sabah
29 Rüstəm Əhmədzadə – Minay (Ukrayna).

Həmin kateqoriyadan